Şəhid Səbuhi Məmmədovun xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub – FOTOLAR

44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Mingəçevir şəhərində də dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur.
Yeniavaz.com
xəbər verir ki, 9 ilin hərbiçisi olan şəhid Məmmədov Səbuhi Şakir oğlu 1982-ci ildə Mingəçevirdə anadan olub.
Şəhidimiz Mingəçevir 4 saylı məktəbin məzunu olub. 3 övlad atası Səbuhi Məmmədov həm Aprel döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olub. Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib və Suqovuşan-Ağdərə istiqamətində ağır döyüşlər zamanı, sentyabrın 30-da şəhidlik zirvəsinə ucalıb.
Oktyabrda anadan olan Şəhidimiz elə həmin ayda, oktyabrın 1-də də torpağa tapşırılıb. Ölümündən sonra iki medalla – “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidimizin övladları atalar ilə fəxr etdiklərini deyirlər.
Səbuhi Məmmədovun xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı mərasimində şəhidin həyat yoldaşı Leyla xanım, övladları, şəhid anaları, qazilər, oxuduğu məktəbin şagird, müəllim kolektivi, Nur dəstək qrupu üzvüləri iştirak edib. Şəhidin ruhuna dualar oxunub, şəhid anaları öz ürək sözləri ilə çıxış edibər. Açılış mərasimində şəhidin həyat yoldaşı Leyla xanm və qızı Aytac  çıxış ediblər. Məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub. Bulağın açılış rəmzini bildirən lenti şəhid anaları kəsib.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top