Energetik içkilər beyində iltihab yaradır – Hər gün içənlər təhlükədə


Yayda gündəmdə olan energetik içkilər sinir sistemi, beyin və maddələr mübadiləsi üçün təhlükəlidir.


Avstraliya alimləri yeni elmi araşdırmada siçanlar üzərində energetik içkilərin təsirini öyrəniblər.

Birinci təcrübədə çoxlu və müntəzəm energetik içki verilən siçanlarda beyinin hametoensefalitik baryerinin pozulması aşkarlanıb.
 
Bu zaman qan damarları zədələnir və beyin toxumasında iltihab yaranır.

İçkilərin belə təsiri narahatlıq yaradır, çünki başda iltihab digər neyrodegenerativ xəstəliklər, dağınıq skleroz və Alsgeymerə səbəb olur.

İkinci təcrübədə şəkərsiz energetik içkilərin siçanda maddələr mübadiləsi pozulması yaratdığını sübut etdi.

Bu da ürək-damar və şəkərli diabet əmələ gətirir.

Müntəzəm olaraq, xüsusən hər gün energetik içki içmək mədəaltı vəzin funksiyasını pozur, qlükozanı, xolesterini artırır, damarları tutur.

Energetik içkilərin əsas maddəsi şəkər və kofeindir. Hətta şəkərsiz energetik belə gənclərin beyninə mənfi təsir edir.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top