Böyük Britaniyanın “The Sunday Times” nəşri hər il ölkədəki ən varlı 250 adamın siyahısını təqdim edir.
Yeniavaz.com xəbər verir ki, “The Sunday Times”ın sonuncu hesabatında Böyük Britaniyanın ən varlı 250 şəxsinin arasında keçmiş SSRİ coğrafiyasından olan 15 nəfərin də adı yer alıb.
Böyük Britaniyada ən varlı şəxslərin siyahısında 6-cı sırda özbək əsilli Rusiya vətəndaşı Alişer Usmanov yer alıb. Alişer Usmanovun 13,4 milyard funt-sterlinq sərvətinin olduğu bildirilib.
Bundan başqa siyahının 8-ci pilləsində yəhudi əsilli daha bir rusiyalı iş adamaı, Londonun “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç qərarlaşıb. Abramoviçin 12,1 milyard funt-sterlinq sərvətinin olduğu qeyd edilib.
Siyahının 11-ci pilləsində də rusiyalı iş adamı – Mixail Fridman qərarlaşıb. Mixail Fridmanın 10,79 milyard funt-sterlinq sərvətinin olduğu bildirilir.
Ukrayna və Rusiyada yaşamış yəhudi əsilli daha bir iş adamı – German Xan isə siyahıda 20-ci sırada yer alıb. German Xan ümumilikdə 7,167 milyard funt-sterlinq sərvətə sahibdir.
Bunlardan başqa Rusiyadan olan Aleksey Kuzmiçev, Andrey Andreyev, Moskvanın keçmiş bələdiyyə başqanı Elena Baturinanın həyat yoldaşı Nikolay Storonski də siyahıda yer alıb. Keçmiş SSRİ coğrafiyasından olan gürcü milyarder Badri Patarkatsişvili və Qazaxıstanlı iş adamı Vladimir Kim də Böyük Britaniyada ən varlı 250 şəxsi arasına daxil ola bilib.
Onu da qeyd edək ki, hazırda Böyük Britaniyada ən varlı şəxsi 23 milyar funt-sterlinq sərvətilə yəhudi əsilli Ser Leonid Blavatnik hesab olunur.
Böyük Britaniyada ən varlı 2-ci şəxsi də yəhudi əsilli David Reuben (sərvəti 21,4 milyard funt-sterlinq) olub. Siyahının 3-cü sırasında isə Hindistan əsilli Ser Gopi Hinduja (17 milyard funt-sterlinq) dayanır.
Böyük Britaniyanın ən varlı şəxslərinin siyahısında ilk 10-liuğa yalnz 1 nəfər ingilis əsilli şəxs daxil ola bilib. Bu şəxs siyahnın 4-cü sırasında yer alan Ser Ceyms Dayson olub. Onun ümumi sərvəti 16,3 milyard funt-sterlinq olub.