Eldar Mahmudovun oğluna məxsus tikinti şirkəti bağlanır


"Kristal İnşaat" MMC (VÖEN: 2001158291) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetində yayımlanıb.
Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Kristal İnşaat" MMC 07.02.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Mahmudov Musa Məmməd oğludur.
Onu da bildirək ki, "Kristal İnşaat" MMC-nin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinə məxsus olduğu bildirilir.
Yeniavaz.com-un apardığı araşdırmaya görə, bir müddət əvvəl "Kristal İnşaat" MMC-nin dövlət büdcəsinə böyük həcmdə - 220 min 708 manat 25 qəpik vergi borcu olub. Son bir ildə qeyd olunan məbləğ dövlət büdcəsinə ödənilib.
"Kristal İnşaat" MMC ilə eyni ünvanda - Xətai rayon, Yusif Səfərov, ev 23A-da bir-sıra şirkətlər qeydiyyatdadır və bu şirkətlərin faktiki sahibinin sabiq milli təhlükəsizlik nazirinin oğlu Anar Mahmudov olduğu bildirilir. Rəsmi sənədlərdə Eldar Mahmudovun oğlu Anar Mahmudov "Diqlas-1" MMC-nin qanuni təmsilçisi olduğu qeyd olunur. Eyni zamanda Anar Mahmudovun "Caspian Crystal Holdinq"in İdarə heyətinin sədri olduğu göstərilib. "Kristal İnşaat" MMC də "Caspian Crystal Holdinq"lə eyni ünvanda yerləşir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top