Ermənilər Şuşa paylaşımına görə Xalq artistinin səhifəsini şikayət edir


Xalq artisti Firəngiz Mütəllimovanın instaqram hesabı ermənilərin hücumuna məruz qalıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə teatr və serial aktrisası sosial şəbəkədə məlumat verib.

“Xarıbülbül” festivalı çərçivəsində Şuşada olan və oradan paylaşımlar edən aktrisanın səhifəsi şikayət edilib.

“Şuşadan etdiyim paylaşımlara görə ermənilər şikayət edib səhifəmi bağlatdırmaq istəyirlər. Xahiş edirəm, bu fürsəti o alçaqlara verməyin”,- deyə Xalq artisti bildirib.


DİGƏR XƏBƏRLƏR

Top