Ötən ayın əvvəlinə olan məlumata görə Azərbaycanda 1941-1945-ci il Böyük Vətən müharibəsinin iştirakçısı olan 83 nəfərin hər biri ayda 300 manat təqaüd alıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlar istinadən apardığı hesablama göstərir ki, son bir ildə təqaüd alan Böyük Vətən müharibəsinin iştirakçılarının sayı 40% və ya 55 nəfər azalıb. 1941-1945-ci il Böyük Vətən müharibəsi veteranlarının sayı azalsa da, onlara verilən təqaüdün miqdarı artıb. Bir il əvvəl Böyük Vətən müharibəsi veteranları ayda 150 manat aldıqları halda bu il ayda 300 manat təqaüd alıblar.
Son 5 ildə Böyük Vətən müharibəsi veteranlarının sayı və onlara verilən təqaüdün məbləği aşağıdakı kimi olub:
İllər | Təqaüd alan Böyük Vətən müharibəsi iştirakçılarının sayı, (nəfər) | Təqaüdün aylıq məbləği, (manat) |
1 aprel 2017-ci il | 316 | 110 |
1 aprel 2018-ci il | 248 | 121 |
1 aprel 2019-cu il | 197 | 121 |
1 aprel 2020-ci il | 138 | 150 |
1 aprel 2021-ci il | 83 | 300 |