Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik KTMT-də müzakirə olunub


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin XİN başçıları ilə danışıqlar aparıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb. Danışıqlar zamanı Zəngəzurdakı Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik müzakirə olunub. Sergey Lavrovun verdiyi məlumatda bildirilib ki, danışıqlar Ermənistan tərəfinin təkidi ilə baş tutub. 
Xatırladaq ki, mayın 10-da Zəngəzurda Azərbaycan və Ermənistan sərhədçiləri arasında gərginlik baş vermişdi. 

DİGƏR XƏBƏRLƏR

Top