Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 697 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan qeyri-neft məhsullarını əsasən 2 ölkəyə - Türkiyə və Rusiyaya ixrac edib.
Bu ilin ilk 4 ayında qeyri-neft məhsullarının ümumi ixracında Türkiyə və Rusiyanın payı 58%-dən çox olub.
Yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 216,2 milyon dollar dəyərində qeyri-neft məhsulları satıb və bu ümumi ixracın 31,02%-nə bərabər olub. Rusiyaya isə 188,5 milyon dollarlıq qeyri-neft məhsulları satılıb ki, bu ümumi ixracın 27,04%%-ni təşkil edib.
Azərbaycan bu ilin 4 ayında qeyri-neft məhsullarını aşağıdakı ölkələrə satıb:
ÖLKƏLƏR | İxracın həcmi (min dollar) |
Ümumi ixracda payı (% ilə) |
Türkiyə | 216 231.84 | 31.02 |
Rusiya | 188 492.14 | 27.04 |
İsveçrə | 68 180.59 | 9.78 |
Gürcüstan | 53 458.89 | 7.67 |
ABŞ | 23 014.85 | 3.30 |
Çin | 15 575.66 | 2.23 |
Türkmənistan | 12 867.84 | 1.85 |
Ukrayna | 11 473.98 | 1.65 |
Belçika | 9 181.48 | 1.32 |
Qazaxıstan | 8 223.71 | 1.18 |
Almaniya | 7 319.56 | 1.05 |
İran | 7 256.49 | 1.04 |
İtaliya | 6 866.56 | 0.99 |
Digər ölkələr | 68 883.67 | 9.88 |