Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Ermənistanda 692 min baş camış, 289,3 min baş inək, 1 milyon 18,2 min baş qoyun və keçi, 363 min baş donuz mövcud olub.
Yeniavaz.com-un MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı hesabata istinadən apardığı hesablama göstərir ki, camışların sayı 15%, inəklərin sayı 16,2%, qoyun və keçilərin sayı 45%, donuzların sayı isə 88% artıb.
Heyvanlar | 1 yanvar 2021 (min baş) |
1 aprel 2021 (min baş) |
Fərq |
Camış | 602 | 692 | 15 % |
İnək | 249 | 289,3 | 16,2 % |
Qoyun və keçi | 702 | 1018,2 | 45 % |
Donuz | 193 | 363 | 88 % |
Məlumat üçün bildirək ki, digər MDB ölkələrinin heç birində ev heyvanların sayında bu cür kəskin artım qeydə alınmayıb.
Qeyd edək ki, artımın səbəbi barədə açıqlma verilmir. Lakin, ehtimal etmək olar ki, ötən ilin sonunda baş verən 44 günlük müharibədən sonra işğalçı qüvvələr Qarabağdan qaçan zaman özləri ilə ev heyvanlarını da Ermənistana aparıblar.
Müqayisə üçün qeyd edək ki, son 3 ayda qoyun və keçilərin sayı MDB-yə üzv olan ölkələrdə aşağıdakı kimi olub.
Ölkələr | 1 yanvar 2021 (min baş) |
1 aprel 2021 (min baş) |
Fərq |
Ermənistan | 702 | 1 018,2 | 45 % |
Belarus | 144 | 173,8 | 20 % |
Qazaxıstan | 20 042 | 23 226,1 | 15,8 % |
Ukrayna | 1 144 | 1 316 | 15 % |
Moldova | 583 | 644,5 | 10,5 % |
Tacikistan | 5 840 | 6 020,3 | 3,1 % |
Rusiya | 21 938 | 22 353,6 | 1,9 % |
Azərbaycan | 8 157 | 8 279,2 | 1,5 % |
Özbəkistan | 22 499 | 22 064,6 | 1,9% azalıb |
A. Cəfərov