Bill Qeytsin həyat yoldaşından boşanma səbəbinin xəyanət olduğu iddia edilir


"Microsoft"un qurucusu Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin boşanma səbəbləri ilə bağlı yeni iddia ortaya atılıb.
Yeniavaz.com
xəbər verir ki, Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin boşanma qərarı beynəlxalq mətbuatın gündəmindən düşmür. 130 milyard dollarlıq sərvəti ilə dünyanın dördüncü varlı şəxsi Bill Qeytsin boşanma səbəbinin xəyanət olduğu iddia edilir. 
“Wall Street Journal”da yer alan xəbərə görə, “Microsoft”da çalışan adı açıqlanmayan bir qadın 2000-ci ildən bəri Qeytslə münasibətlərinin olduğunu deyib. Hadisə şirkət daxilində üzə çıxdığı üçün idarə heyəti üzvləri 2019-cu ildə istintaq başladıblar. Bu səbəblə Bill Qeyts 2020-ci ildə idarə heyəti sədrliyindən istefa vermək qərarına gəlib. Qeytsin mətbuat katibi isə məsələyə münasibət bildirərək deyib ki, “Microsoft”un qurucusun idarə heyətindən ayrılma qərarı istintaqla əlaqəli deyil. Sözügedən qadınla isə sadəcə dostdurlar.

DİGƏR XƏBƏRLƏR

Top