Sovrulan vitaminlər qrupuna aid olan vitamin K çoxunun bilmədiyi vitamindir. O, nazik bağırsaqda sovrulur, qaraciyərdə toplanır. Orqanizm üçün çox vacib olan K vitamini 3 səbəbdən insanda çatışmaya bilər:
- Qidada çatışmamazlıq
- Bağırsaqda sovrulmasının pozulması
- Qaracyər xəstəlikləri olanlar
Həkimlərin belə az xatırlatdığı K vitamini əskikliyinin orqanizm üçün hansı fəsadlara yol açır?
Kimlər risk altındadır:
- Çox antibiotik və sulfanilamid preparatları qəbul etdikdə
- Öd yollarının durğunluğu, bağırsağa kifayət qədər öd şirəsi daxil olmadıqda
- Çoxlu miqdarda mineral yağ istifadə etdikdə, məsələn Vazelin
- Hepatit, sirroz
- Yeni doğulmuşlarda 3-5 günə kimi bağırsaq hələ bu vitamini sovurmadığından körpələrdə hemorragik sindrom baş verir.
- Zərərli və zəif qidalanma
Vitamin K-nın orqanizmdə rolu:
- Qanın sovrulmasını təmin edir
- Açıq yaraların üzərində qanla müdafiə qatının yaranması
- Dəri altına kapilyarlardan qanın partlayıb yayılmasının qarşısını alır
- Sümük və daxili orqanların toxumasını təşkil edir
- Qan damarlarının funksiyası
- Mədə-bağırsağın peristaltikası
- Kalsiumun mənimsənilməsi
- Reproduktiv orqanlar üçün
- İnsanı onkoloji xəstəliklərdən qoruyur
- Orqanizmi qocalıqdan qoruyur
Əsas simptomlar:
- Hemorragik sindrom – burun, mədə-bağırsaq qanaxmaları, damaqda qanaxma, dərialtı qan sızma ən əsas simptomdur
- Ağız, ağız ətrafı və dırnaqlarda qabıqlanma, quruma, soyulma müşahidə olunur
- Yeni doğulmuşlarda onlar yalnız ana südü ilə qidalandığından, süddə K vitamin az olduğundan, kəllədaxili qansızma ola bilər
Sutkalıq dozası insanın hər 1 kq çəkisi üçün 1 mkq-dır.
Müalicəsi
- Kəskin çatışmazlıqda venadaxili inyeksiyalar təyin olunur, dərmanlar qəbul edilir
- Dieta – K vitamini ilə zəngin gül kələmi, ispanaq, salat, kabak, mal qaraciyəri və s. qidalar çoxaldılır
K vitamini ilə zəngin qidalar:
Yaşıl çay içmək – hər gün 2 fincan təmiz, dəmləmə yaşıl çaydan için. Yaşıl çayda sutkalıq K vitamini var.
İspanaq – bu vitaminlə ikinci zəngin qidadır. İspanaqdan kokteyl düzəldə bilərsiz.
Baş soğan – təzəsini yeyin
Meyvələrdən – kivi, kök, armud, üzüm, almada var.
K vitamini əsklikliyində soya və zeytun yağı bol istifadə edin. //medicina.az