Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən hərbi yardım istədiyini açıqlayıb.
Yeniavaz.com "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Paşinyan özü məlumat verib.
O bildirib ki, hərbi yardım istəyi Azərbaycanla həmsərhəd olan Sünik (Zəngəzur) vilayətindəki vəziyyətlə əlaqədardır:
"Azərbaycanlıların tərk etdiyi ərazilər var. Ancaq razılaşma tam yerinə yetirilmədiyi üçün bu gün hərbi yardım göstərilməsi məqsədilə 1997-ci il Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi və Ermənistan-Rusiya hərbi birləşmələr qrupu müqaviləsinə uyğun olaraq Rusiya Prezidentinə müraciət etdim".