Bakıda səkilərin zəbt olunmasının qarşısı alınıb - FOTO - YENİLƏNİB


Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda Xudu Məmmədov küçəsində qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən Yeniavaz.com-a verilən məlumata görə, hər bir belə qanunsuz hal Agentlik tərəfindən aşkar edilərək aradan qaldırılması üçün gərəkli addımlar atılır.

***18:25
Şəhər nəqliyyatında ən vacib məsələlərdən biri də səkilərin piyadaların rahat və maneəsiz hərəkət etməsi üçün uyğun vəziyyətdə olmasıdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ötən dövrdə agentlik səkilərdə piyadalar maneəsiz hərəkəti üçün bir çox layihələr icra edib.

“Lakin təəssüf ki, hələ də bəzi obyekt sahibləri qanunsuz olaraq piyada səkilərini zəbt edir. Növbəti belə hal paytaxtın Nizami rayonunda - Cəmşid Naxçıvanski və Bəkir Çobanzadə küçələrinin kəsişməsində qeydə alınıb. Yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib. Səkinin zəbt olunması ilə bağlı agentlik zəruri addımlar atacaq. Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq”, - deyə qurum məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top