Filippin prezidenti üsyançı qrup üzvlərini yerində öldürmək əmri verdi


Filippin prezidenti Rodriqo Duterte hökumət qoşunlarına “Yeni Xalq Ordusu” adlı üsyançı silahlı qrup üzvlərinin yerində öldürülməsi üçün əmr verib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bunu, Filippin lideri Mindanao vilayətinə səfəri zamanı deyib.
“Yeni Xalq Ordusu” adlı dəstə 2017-ci ildə Filippin terror təşkilatı elan edilib. Hökumət üzvləri ilə onlar arasında danışıqlar aparılsa da, heç bir nəticə əldə edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top