"Quli mənə zəng edib, Türkiyəyə gedəcəyini bildirdi, getmə, dedim..." - Sedat Peker


Türkiyəli mafia başçısı Sedat Peker azərbaycanlı kriminal avtoritet Nadir Səlifova ("Lotu Quli") Türkiyəyə getməməsi barədə xəbərdarlıq etməsilə bağlı danışıb.
Yeniavaz.com
xəbər verir ki, Peker “Youtube” vasitəsilə yayımladığı videoda "Lotu Quli"nin Türkiyədəki əlaqələri və öldürülməsi baradə məlumat verib. O bildirib ki, təhlükə barədə Nadir Səlifova xəbərdarlıq edib: “Quli mənə zəng edib, Türkiyəyə gedəcəyini dedi. Ona getməməsini, problem yaşaya biləcəyini və mənim orada olmadığımı dedim. Dedi ki, o güclüdü, Mehmet Ağarla da münasibətləri yaxşıdı. Yenə getməməsini söylədim, bildirdim ki, başına iş gələ bilər. Gəldi, bir həftə keçmədən öldürüldü". 
Sedat Peker çıxışı zamanı həmçinin iddia edib ki, "Lotu Quli" Türkiyədə polis tərəfindən saxlanılarkən, Mehmet Ağar polis rəisinə zəng edib, onun buraxılmasını istəyib. Türkiyəli mafia başçısı qeyd edib ki, Nadir Səlifov türk polisinin ölümündə günahkar bilinməsinə və bu barədə sənədlərin olmasına baxmayaraq Mehmet Ağarın təkidi ilə həbs edilməyib. Pekerin iddialarına görə, Mehmet Ağar Nadir Səlifovu Mübariz Mənsimovu öldürməsi üçün Türkiyəyə dəvət etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top