Son 10 ildə Gömrük Komitəsi nə qədər narkotik vasitə ələ keçirib? - SİYAHI


Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, aprel ayında əsasən tranzit olaraq Avropaya istiqamətlənən 730 kiloqramdan artıq narkotik vasitələrin Azəbaycan üzərindən qaçaqmal yolu ilə keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com
Dövlət Gömrük Komitəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, aprel ayında gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı ilin ilk 3 ayında narkotik vasitələrin miqdarından 27 dəfə çox olub. 
Məlumat üçün bildirək ki, bu ilin yanvar-mart aylarında gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 9 fakt qeydə alınıb və ilk 3 ayı ərzində gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı 26,8 kiloqram olub. 
Qeyd edək ki, 2015-ci ildən sonra gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı kəskin artıb.

Son 10 ildə gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarını təqdim edirik:
2011 – 220,1 kiloqram
2012 – 122 kiloqram
2013 – 125 kiloqram
2014 – 178 kiloqram
2015 – 90 kiloqram
2016 – 1 136 kiloqram
2017 – 2 708 kiloqram
2018 – 1 185 kiloqram
2019 – 1 902 kiloqram
2020 – 1 476 kiloqram

DİGƏR XƏBƏRLƏR

Top