İsrail polisi Əl-Əqsa məscidinə girərək fələstinliləri çıxardı - VİDEO


Müqəddəs Ramazan ayının başlaması ilə fələstinlilərlə İsrail polisi arasında baş tutan şiddətli qarşıdurmalar ötən gecə də davam edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WAFA” agentliyi məlumat yayıb. Bildirilib ki, bu dəfə əsas qarşıdurmalar Şərqi Qüdsdə Əl-Əqsa məscidinin yaxınlığında baş verib. Agentliyin məlumatına əsasən qarşıdurmalar zamanı təxminən 200 fələstinli xəsarət alıb.
Qeyd olunur ki, İsrail polisi aksiya iştirakçılarına qarşı rezin güllələrdən, səs bombasından və gözyaşardıcı qazdan istifadə edib. Daha saonra isə 200-dən çox təhlükəsizlik məmuru Əl-Əqsa məscidinin həyətinə daxil olaraq namaz otaqlarına giriş-çıxışa nəzarəti ələ alıb və ibadət edənləri məsciddən çıxmağa məcbur edib. Agentliyin yaydığı məlumatda onlarla fələstinlinin saxlanıldığı, 20-dən çoxunun isə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Xatırladaq ki, Şərqi Qüdsdə fələstinlilərlə İsrail polisi arasında müşahidə olunan şiddətli qarşıdurmalar müqəddəs Ramazan ayının başlaması ilə mütəmadi olaraq baş verməyə başladı.

DİGƏR XƏBƏRLƏR

Top