Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin mətbəxində ev əşyaları 12 m² sahədə yanıb.
Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Neftçala rayonunun Ballıcalı kəndində ümumi sahəsi 135 m² olan kürsülü birmərtəbəli evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 22 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.