“Yerli istehsaldan olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi”.
Yeniavaz.com-un xəbərinə görə, bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
Nazir xatırladıb ki, Vətən müharibəsi zamanı gərgin döyüşlərin getdiyi dövrdə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıblar: “Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı.
İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİQOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”.