Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbr verir ki, Gömrük Komitəsinin “Xidməti axtarış itlərinə sərf olunacaq quru it yemlərinin satınalınması” məqsədilə keçirdiyi tenderin qalibi fərdi sahibkar Əsədov Elçin Elman oğlu (VÖEN-1901067102) olub.
Komitə 16 min 653 kiloqram it yemi almaq üçün Əsədov Elçin Elman oğluna 89 min 926 manat 77 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi quru it yeminin 1 kiloqramının qiyməti 5 manat 40 qəpik təşkil edir.