“Vaksinasiya edilən xəstəxanalar hər bir avadanlıqla təchiz olunmalıdır. Çünki hər hansı bir reaksiya zamanı pasientlərə erkən müdaxiləyə ehtiyac ola bilər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ARB-24-də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Nuranə Hacıağayeva bildirib.
Həkim qeyd edib ki, vaksin olunduqdan sonra hər bir xəstə 30 dəqiqə xəstəxanada gözləməlidir: "Bundan sonra vaksin vurulan şəxslər evə buraxılmalıdır. Fərqi yoxdur hansı vaksindir, əgər birinci dozada hər hansı allergik reaksiya, daha çox halsızlıq müşahidə olunarsa, ikinci dozanı vurdurmağa ehtiyac yoxdur".