14 yaşında ABŞ-da universitetə qəbul olan azərbaycanlı qız doktorluq təhsilinə başlayır - FOTOLAR


17 yaşlı azərbaycanlı Selcan Əhmədli Şimal-Qərb Universitetində (Northwestern University) doktorluq təhsilinə başlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Selcanın əmisi Anar Əhmədov məlumat yayıb. O bildirib ki, hazırda 17 yaşı olan Selcan bakalavr dərəcəsini bu il bitirb və ABŞ-da bir neçə universitetdə tam təqaüd proqramını qazanıb. Buraya  Merilənd, Şimal-Qərb, Minnesota, Karnegi Mellon, Virciniya, Keyz Vestern və digər nüfuzlu universitetlər daxildir.
Qeyd edək ki, Selcanın atası Azər Əhmədov da riyaziyyat sahəsindədir, Şimali Dakota Universitetində riyaziyyat professorudur. Selcan 14 yaşında orta məktəb proqramını bitirərək, Şimali Dakota universitetində riyaziyyat kursuna qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Top