Koronavirusun Hindistan mutasiyasının əlamətləri hansılardır? - İshal, nəfəs darlığı...


Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi Ümit Savaşçı, Türkiyədə aşkarlanan koronavirusun Hindistan mutasiyası ilə bağlı danışıb.
Yeniavaz.com
xəbər verir ki, mütəxəssisinin sözlərinə görə, hal-hazırda Hindistanda qorxunc mənzərə var və bəzi insanlarda cüt mutasiya aşkarlanır:
“Cüt mutasiya bizim üçün ən qorxunc olanıdır. Hazırda Hindistan mutasiyası 17 ölkəyə yayılıb və verilən məlumata görə, “Biontech” peyvəndi  bu virusa qarşı təsirlidir. Buna görə də vaksinasiya bizim silahımızdır. Hindistandakı mütəxəssislər bunun simptomlarının çox ağır, digər mutasiyalara görə daha yoluxdurucu və öldürücü olduğunu deyirlər. Doğrusu, bizim də gözümüz qorxdu. Hindistan mutasiyasında ən çox yüksək temperatur, ishal, nəfəs darlığı kimi əlamətlər ön plandadır. Buna görə orada bütün oksigen təchizatı artıq bitib.
2 aydan sonra ölkədə əhali arasında kifayət qədər vaksinasiya olunmazsa, yoluxma sayında partlayışla qarşılaşa bilərik. Bu görə də ölkələrarsı uçuşları, sərhədləri, görüşmələri sıfıra endirməliyik. Yoluxmalar azaldıqda insanlar rahatlaşmamalıdırlar”. 
Ü.Savaşçı onu da qeyd edib ki, təmaslar davam edərsə, ciddi sağlamlıq problemləri yaşanıla bilər:
“Hazırda ölkəmizdə rəqəmlər aşağı enib, lakin istədiyimiz sayda deyil. İnsanlar təəssüf ki, karatin yumşaldılmalarını səhv başa düşdü və bunu tətil fürsətinə çevirdilər. Getdikləri yerlərdə təmaslara davam edərlərsə, koronavirusa yoluxarlarsa, çox ciddi xəstəliklərlə qarşılaşa bilərlər”.
Qeyd edək ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca 5 nəfərdə Hindistan mutasiyasının aşkalandığını qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top