Ermənistan çətənə istehsalına icazə verdi


Ermənistanda çətən bitkisinin istehsalı, idxalı, ixracı və satışına icazə verən qanunvericilik paketi təsdiqləndi.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Ermənistanda qəbul edilən yeni qərara əsasən çətənə istehsalı və satışı ilə məşğul olmaq istəyən şəxslərə xüsusi lisenziya veriləcək. Məlumatda bildirilir ki, Ermənistan çətənə istehsalına icazə verməklə, kənd təsərrüfatının inkişafına təkan verməyi və iqtisadiyyatın inkişafına yönəlmiş bütün mənbələrdən istifadə etməyi hədəfləyir.
Xəbərdə qeyd olunur ki, narkomaniyadan əziyyət çəkən və ya narkotiklə bağlı məhkumluğu olan şəxslər lisenziya üçün müraciət edə bilməyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top