Daxili İşlər Nazirliyinin (DİN) Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri dəyəri 17 milyon 652 min 727 manat 5 qəpik olan tender müsabiqələrinin qalibləri “Elmanado” MMC, “Avanqard-E.H.” MMC və “Bakı Tikiş Evi” ASC olub.
DİN ayaqqabı, səhra çəkməsi, idman ayaqqabısı, xüsusi kəmər və şalvar qayışı üçün “Elmanado” MMC-yə 3 milyon 858 min 312 manat 8 qəpik, baş geyimləri, alt paltarları, yataq ləvazimatları, fərqlənmə nişanları və paqonlar üçün “Avanqard-E.H.” MMC–yə 6 milyon 839 min 614 manat 97 qəpik, palto, plaş palto, mont, kostyum, yay şalvarı və yubka üçün “Bakı Tikiş Evi” ASC-yə 6 milyon 954 min 800 manat ayıracaq.