Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevlə vida mərasimi keçirilir.
Yeniavaz.com xəbər verir ki, report-un məlumatına görə, tədbirdə rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak edirlər.
Mərasimdən sonra şəhid kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ə.Musayev 7 aya yaxındır Murovdağ istiqamətində itkin düşmüşdü.