![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/1/8/1/e68ad4bf-f08e-4ea8-9d35-39487eb97353/kere-yagi-foto.jpg)
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xarici ölkələrdən 8 milyon 923,7 min dollar dəyərində 1814,4 ton kərə yağı gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk iki ayında idxal etdiyimiz kərə yağının miqdarı 3,7% və ya 69 ton azalıb.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ixrac olunan kərə yağının gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisdədə cüzi ucuzlaşıb. Kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar-fevral aylarında 5 dollar (8,5 manat) olduğu halda, bu ilin ilk iki ayında 4,9 dollara (8,4 manat) düşüb.
Azərbaycan kərə yağını ən çox Yeni Zelandiyadan gətirib. Bu ölkədən Azərbaycana 2 ay ərzində 894,4 ton kərə yağı idxal olunub. Ən az kərə yağı isə İtaliyadan gətirilib. Yanvar-fevral aylarında İtaliyadan cəmi 50 kiloqram kərə yağı idxal edilib.
Bu ilin yanvar-fevral aylarında idxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Yeni Zelandiya – 894,4 ton (7,7 manat)
Ukrayna – 460,7 ton (8,8 manat)
Belarus – 201,3 ton (8,8 manat)
Fransa – 92 ton (10,2 manat)
Finlandiya – 75,9 ton (10 manat)
Almaniya – 40,6 ton (8,8 manat)
Belçika – 20,7 ton (8,1 ton)
İran – 15,2 ton (6,8 manat)
Türkiyə – 6,5 ton (11,8 manat)
Rusiya – 3,8 ton (9,4 manat)
Litva – 3,2 ton (10,9 manat)
Polşa – 200 kiloqram (12,3 manat)
İtaliya – 50 kiloqram (21,8 manat)