Daha bir avtobus "BakıKart"a keçdi


Bu gündən daha bir sərnişin avtobusunda "BakıKart" ödənişi tətbiq olunmağa başalyıb.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentiyin (BNA) bildiriblər. Qeyd olunub ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

"Sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün Xırdalan şəhərində, aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə POS terminallar yerləşdirilib.

Hacı Zeynalabdin Tağıyev küçəsi 107;
Mehdi Hüseynzadə küçəsi 619;
Nəsibə Zeynalova küçəsi 1;
Nizami Gəncəvi küçəsi 12;
Heydər Əliyev prospekti.

BNA sərnişinlərdən "BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qurmalarını xahiş edir: "Əvvəlcədən tədbirli davranış lüzumsüz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir".

DİGƏR XƏBƏRLƏR

Top