İndoneziyada içərisində 53 dənizçinin olduğu sualtı qayıqdan xəbər yoxdur


İndoneziya donanmasına məxsus göyərtəsində 53 dənizçi olan “KRI Nanggala-402” tipli sualtı qayığı ilə əlaqə itib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən sualtı qayıq Bali adası yaxınlığında hərbi təlimlərdə iştirak edərkən yoxa çıxıb. Qayığın tapılması üçün axtarış işləri başladılıb. Rusiya, ABŞ, Almaniya, Fransa, Hindistan və Türkiyə tərəfindən qayığın qurtarılması ilə bağlı yardım təklif olunub.
Məsələyə donanmanın sözçüsü də açıqlama gətirib. O, Almaniya istehsalı olan “KRI Nanggala-402” sualtı qayığın sonuncu dəfə Bali adasının 60 mil şimalında təlimlərdə iştirak etdiyini, amma həmin təlimin nəticəsi ilə bağlı məlumat vermədiyini bildirib. Sözçü həmçinin bildirib ki, kömək almaq məqsədilə Sinqapur və Avstarliyaya müraciət olunub.
İndoneziya Müdafiə Nazirliyindən verilən məlumata görə, qayığın olduğu ən son yerdə neft qalıntılarına rast gəlinib.

DİGƏR XƏBƏRLƏR

Top