Mingəçevirdə intiharın qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, Sumqayıt sakini 1981-ci il təvəllüdlü İsayev Fəxrəddin İsa oğlu özünü dənizə ataraq intihar etmək istəyib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional mərkəzinin əməkdaşlarının köməyi ilə Sumqayıt sakini xilas edilib.
O xilas olunduqdan sonra şüşə qırığı ilə əlini kəsib. Aran regional mərkəzinin əməkdaşları dərhal hadisə yerinə təcili tibbi yardım çağırıblar. Onların koməkliyi ilə sudan xilas edilən şəxs xəstəxanaya yerləşdirilib.
Hal-hazırda faktla bağlı araşdırma aparılır.