Ermənistanın Baş Prokurorluğu Baş nazir Nikol Paşinyanın Syünik vilayətinə səfərinə qarşı baş vermiş etiraz aksiyaları ilə bağlı cinayət işi açılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.
Qeyd edək ki, Paşinyanın avtomobil karvanının Mehriyə daxil olmasından sonra etiraz aksiyası başlayıb.
Aksiya iştirakçıları yolu kəsib Paşinyana hücum etməyə cəhd göstəriblər.