Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov vəfat edib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, o, bu gün koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, Q.Həsənov 1972-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, 23 il ərzində bir sıra sığorta şirkətlərində yüksək vəzifələrdə çalışıb.

Q.Həsənov 2017-ci ilin may ayından 2020-ci ilin sonuna kimi isə “Atasığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini və birinci müavini vəzifəsini tutub.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top