Misirdə baş verən qatar qəzasında ölənlərin sayı artdı


Misirin Kalyubiye vilayətində 18 aprel tarixində baş verən qatar qəzasında ölənlərin sayının 23-ə, yaralananların sayı isə 139-a yüksəlib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir baş prokurorluğu  məlumat verib. Baş prokuror Hamadə əs-Savi bildirib ki, qəzadan sonra başladılan istintaq nəticəsində 23 nəfər şübhəli qismində saxlanılıb. Hadisənin səhlənkarlıq səbəbindən baş verdiyi bildirilib.
Qeyd edək ki, 18 apreldə baş verən qatar qəzasında ilkin məlumatlarda 11 nəfərin öldüyü, 97 nəfərin yaralandığı açıqlanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top