Xəbər verdiyimiz kimi, ATV-nin (Azad Azərbaycan Televiziyası) efirində yayımlanan “Bizimləsən” verilişində 40 yaşlı Aida Əzimovanın 10 yaşlı uşağın cinsiyyət orqanını kəsməsini etiraf etdikdən sonra MTRŞ-nın qərarı ilə "Bizimləsən" verilişi 1 günlük bağlanılıb, telekanal isə cərimələnib. Lakin qadının, öz əməlini etiraf etdiyi halda hələ də məsuliyyətə cəlb edilməməsi ilə bağlı suallar yaranıb və sosial şəbəkələrdə müzakirələr başlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev Yeniavaz.com-a açıqlama verərək bildirib ki, fakta görə Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. O istintaqın davam etdiyini, yekunlaşdıqdan sonra isə iş materiallarının məhkəməyə göndəriləcəyini deyib.