Azərbaycanda daha 4 partiya tərəfindən maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Azərbaycan Demokrat Partiyası, Müasir Musavat Partiyası, Respublikaçı Alternativ (REAL) Partiyası və Milli Həmrəylik Partiyası (MHP) maliyyə hesabatını MSK-ya təqdim edib.
Bununla da MSK-ya hesabat təqdim edən siyasi partiyaların sayı 45-ə çatıb.
Qeyd edək ki, siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.