“Azərbaycan Dəmir Yolları” QSC-dən daha bir şübhəli tender - TƏFƏRRÜAT


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin (QSC) Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Fateh-2019” MMC (VÖEN- 1505303741) olub.
Yeniavaz.com xəbər verir ki, “Fateh-2019” MMC tenderin qalibi kimi “Azərbaycan Dəmir Yolları” QSC-yə  27 min 160 manat dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
Məlumat üçün bildirək ki, “Fateh-2019” MMC  4 ay əvvəl – 21.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. “Fateh-2019” MMC  dövlət qeydiyyatına alındıqdan 2 ay sonra Müdafiə Nazirliyinin keçirdiyi 20 min manat dəyərində abadlaşdırma işlərilə bağlı tender müsabiqəsində də qalib olub.
Onu da qeyd edək ki, ötən il “Fateh-2019” MMC ilə eyni hüquqi ünvanda – “Fətəlixan Xoysk pr. ev 138A, m. 49” ünvanında daha 6 şirkət qeydiyyata alınıb və bu ünvanda qeydə alınan 7 MMC-dən 5-nin qanuni təmsilçisi eyni şəxs – Verdizadə Pərviz Saday oğludur.
Adı Ünvan Qanuni təmsilçi Nizamnamə kapitalı Qeydiyyat tarixi
"FONTİN" Fətəlixan Xoysk pr. ev 138A, m. 49 VERDİZADƏ PƏRVİZ
SADAY
10 manat 29 İyun 2020
"MODRENTİ 2020" Fətəlixan Xoysk pr. ev 138A, m. 49 VERDİZADƏ PƏRVİZ
SADAY
10 manat 29 İyun 2020
"MİQES MALİ" Fətəlixan Xoysk pr. ev 138A, m. 49 ŞOTAEVA ASUDƏ
HƏZRƏT
10 manat 3 Sentyabr 2020
"PRAMDİ 2020" Fətəlixan Xoysk pr. ev 138A, m. 49 ŞOTAEVA ASUDƏ
HƏZRƏT
10 manat 3 Sentyabr 2020
"SUMARİ" Fətəlixan Xoysk pr. ev 138A, m. 49 VERDİZADƏ PƏRVİZ
SADAY
10 manat 18 Dekabr 2020
"DUNKARIS" Fətəlixan Xoysk pr. ev 138A, m. 49 VERDİZADƏ PƏRVİZ
SADAY
10 manat 18 Dekabr 2020
"FATEH-2019" Fətəlixan Xoysk pr. ev 138A, m. 49 VERDİZADƏ PƏRVİZ
SADAY
10 manat 21 Dekabr 2020

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Xatırladaq ki, bu cür tender müsabiqələri “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən tez-tez keçirilib. Aşağıdakı linkə daxil olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin keçirdiyi daha bir şübhəli tenderlə tanış ola bilərsiniz:
9 gün əvvəl şirkət yaradıb Dəmir Yolundan 45 min manatlıq tender udan kimdir? - MÜƏMMA


 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top