İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Milk-Pro” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu gün - 19.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyl Əliyevanın sədrliyi ilə keçiriləcək. Məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələr ilə əlaqəli olduğu bildirilir.
Məlumat üçün bildirək kİ, “Milk-Pro” MMC Azərbaycanın aparıcı süd məhsulları istehsalçısıdır. Eyni zamanda məşhur “Sevimli Dad” brendinin də sahibidir. Bu ad altında əsasən süd məhsulları və kolbasa istehsal olunur.
Qeyd edək ki, nizamnamı kapitalı 10 min manat olan “Milk-Pro” MMC 1996-cı ildən gəaliyyət göstərir. Şirkətin direktoru Məhəmməd Nağıyev olsa da, MMC-nin sahibinin Murad Məmmədov olduğu bidirilir. Son zamanlar mətbuatda “Milk-Pro” MMC –nin maliyyə vəziyyətinin pisləşməsilə bağlı məlumatlar yayılır. Yayılan məlumatlarda “Milk-Pro” MMC-nin 2019-cu ili 362 min manat zərərlə başa vurduğu bildirilir. Bundan başqa “Milk-Pro” MMC-nin 111,3 min manatlıq kredit borcunu vaxtında ödəyə bilmədiyi üçün “Aqrarkredit” tərəfindən məhkəməyə verildiyi qeyd olunub.