“Metsamor” AES-in radioaktiv tullantıları necə və hansı yollarla Gürcüstanda satılır?


Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Kutaisidə “Americium-241” radioaktiv maddəsinin qanunsuz satışını həyata keçirməyə cəhd edən iki nəfəri saxlayıb.
Bu barədə Gürcüstanın agenda.ge portalı məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, bu şəxslər həbs olunduqları zaman 300 min avroya radioaktiv maddəni satmağı planlaşdırıblar. Qeyd olunur ki, konteynerdə aşkar olunan şüalanmanın dərəcəsini nəzərə alaraq, onunla uzun müddətli birbaşa təmas insan sağlamlığı üçün təhlükəlidir.
Daha əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin zabitləri Gürcüstanın qərbindəki Kobuleti bölgəsində radioaktiv maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olan iki nəfəri saxlayıblar. Tutulan hər iki şəxs Gürcüstan vətəndaşıdır və 2,8 milyon dollar dəyəri olan uranı satmaq niyyətində olublar.
Bundan əvvəl isə Ermənistan vətəndaşı Militos M. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən radioaktiv maddə toriumu Gürcüstan ərazisindən Rusiyaya keçirməyə cəhd edərkən tutulub. Bu şəxs Gürcüstanın Ermənistanla sərhədindəki “Sadaxlo” sərhəd keçid məntəqəsində həbs edilib. O, radioaktiv maddələrin qanunsuz saxlanmasında və gömrük qaydalarını pozmaqda ittiham olunur.
Nəhayət, 2016-cı ilin aprel ayında Tbilisidə uran-238 radioaktiv maddəsini satmağa çalışan altı nəfər saxlanılıb. Həmin ay Gürcüstan Dövlət Təhlükəsizlik xidmətinin əməkdaşları radioaktiv uran satmağa çalışan daha beş cinayətkarı saxlayıb.
Gürcüstanda ələ keçirilən nüvə materiallarının ekspertizası göstərdi ki, onların hamısı Ermənistanda istehsal olunub.
Radioaktiv materialların, radioaktiv tullantıların sızması və qanunsuz istifadəsi Ermənistan respublikası üçün adi hala çevrilir. Və bütün bunlar Ermənistan tərəfinin “Metsamor” AES-də nüvə materialları və radioaktiv tullantılarla işin Beynəlxalq Atom Enerjisi Agentliyinin “tam nəzarəti altında” olduğunu iddia etməsinə rəğmən baş verir.
Əgər nəzarət bu qədər “ciddidirsə”, radioaktiv materiallar Ermənistandan Gürcüstana necə keçir? //oxu.az

DİGƏR XƏBƏRLƏR

Top