Azərbaycanda oğul evi satıb, gözləri görməyən atasını küçəyə atıb - FOTO


Azərbaycanda oğul evi satıb,  atasını küçəyə atıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə profilində məlumat paylaşıb.
M.Zeynalovanın sözlərinə görə, sədri olduğu ictimai birlik qadın və uşaq sığınacağı olduğu üçün kişini qəbul edə bilmirlər: “Ağsaqqalı kimsə qapıya qoyub,  gedib. Kişinin gözləri görmür. Hazırda kişini hər hansı bir quruma yerləşdirmək üçün çalışsaq da, bir yerə yerləşdirə bilməmişik”.
M.Zeynalova qeyd edib ki, sözügedən şəxsin gözləri görmür, oğlu evi satıb, atasını kirayə evə yerləşdirib: “Oğlu daha sonra isə yoxa çıxıb. Aylardır kirayə pulu ödənmədiyi üçün də kişini ev sahibi evdən çıxarıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirik kişini yerləşdirmək üçün köməklik göstərsinlər”.

DİGƏR XƏBƏRLƏR

Top