Paşinyan müharibə vaxtı bunkerdə gizlənib, görüşlərə Qasparyanı göndərib – Erməni KİV


Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı növbəti qalmaqallı açıqlama yayılıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, Maariflənmiş Ermənistan partiyasının lideri Edmon Marukyan Paşinyanla bağlı növbəti qalmaqallı açıqlama yayıb. O bildirib ki, İkinci Qarabağ müharibəsi vaxtı Nikol Paşinyan siyasətçilərlə görüşə özü şəxsən getməyib:
“Qarabağla bağlı üçtərəfli bəyanat imzalanandan sonra Paşinyan Müdafiə Nazirliyinin bunkerində gizləndi. O, sabiq baş qərargah rəisi Onik Qasparyanı siyasətçilərlə danışıqlara göndərirdi. Ölkədəki vəziyyəti sabitləşdirmək üçün görüşlərə Paşinyan deyil, Qasparyan gedirdi”.

 

DİGƏR XƏBƏRLƏR

Top