Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun keçmiş əməkdaşı Usubova Vəfa Tofiq qızı işə bərpa olunması üçün AMEA-ya qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınskinin icraatında olan işə bu gün - 14 aprel tarixində baxılacaq.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) keçmiş direktoru Zülfüqarova Sevil Kamil qızı da işə bərpa olunması üçün AMEA-ya qarşı məhkəmə iddiası qaldırıb.
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın icraatında olan işə hazırlıq iclası 19 aprel tarixində saat 11:40-da baxılacaq.