Bu foto sosial şəbəkədə paylaşım rekordu qırdı – Həkimlər təqdir etdi


Braziliyada təcrid olunaraq xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinə toxunma hissi verməsi üçün əllərinə bağlanılan isti su ilə doldurulmuş əlcək fotosu geniş müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bir çox izləyicilər tərəfindən paylaşılan fotoya, bəzi tibb işçiləri bunun hazırda istifadə edildiyini bildiriblər. Foto hətta həkimlərin də marağını çəkib. Onların sözlərinə görə, bu metod hipotermiyanın qarşını alır. 
Epidemioloq Dr. Erik Feigl-Ding sözügedən fotonu tvitter hesabında paylaşaraq, xəstələrin tək başına öldüyü, sevdiklərinin toxunmasını arzuladığı xəstəxana otaqlarında bu duyğunu təqlid etmək üçün tibb bacıları tərəfindən belə bir metodun hazırlandığını yazıb.
Qeyd edək ki, psixoloqlar bunun hətta ölüm sayını belə azalda biləcəyini hesab edirlər.

DİGƏR XƏBƏRLƏR

Top