“İctimai yerlərdə aşkarlanan koronaviruslu xəstələrin səsləndirdiyi iddialar öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxan şəxslərin dərman, ərzaq və s. kimi zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı sosial xidmətlər var:
“Koronavirusa yoluxmuş, xüsusilə tənha yaşayan şəxslərin gündəlik zəruri ehtiyaclarının təmin edilməsi ilə bağlı müvafiq sosial xidmətlər var. COVİD-19 xəstələri sahə həkimləri ilə əlaqə saxlaya bilməsələr ərazidə xidmət aparan polis əməkdaşına müraciət edə bilərlər. Bunun üçün vətəndaşların əlində kifayət qədər məlumatlar var. Polis də aidiyyəti üzrə həmin ünvana sahə həkiminin göndərilməsini təmin edə bilər”.