Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Zaur Rauf oğlu Mikayılov “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçən bir-sıra şirkətlərin qanuni təmsilçsi olub.
Zaur Mikayılov daha əvvəl ölkənin aparıcı supermarketlərindən biri də BRAVO supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC-nin də direktoru olub.
Zaur Mikayılov eyni zamanda “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda yerləşən “Agro Supply” MMC-nin də direktoru olub.
Bundan başqa Zaur Mikayılov 2015-2016-cı illərdə “Pasha Construction”, 2009-2015-ci illərdə “Port Baku Towers”, 2001-2009-cu illərdə isə “Baksell” Ltd MMC-də çalışıb.
Onu da bildirək ki, Zaur Mikayılov 1992-1998-ci illərdə Türkiyənin Boğaziçi Universitetində təhsil alıb.