Ramazan ayında karantin sərtləşdirilə bilər? - Deputatdan AÇIQLAMA


"Bu gün artıq koronavirusla mübarizədə bilinənlər artdığı üçün, əlbəttə, hökumət və aidiyyəti qurumlar qərarları əvvəlki illə müqayisədə daha sakit və uyğun şəkildə verir. Hamı fikirləşirdi ki, bayram ərəfəsində yollar bağlanacaq. Amma bu, belə olmadı. Bu, hədiyyə kimi görünə bilər. Amma məqsəd hədiyyə vermək deyildi. Real vəziyyət dəyərləndirilərək hesablandı ki, yol bağlamaqla artıq çox da fayda verilməyəcək".
Yeniavaz.com xəbər verir ki, bu sözləri deputat Rəşad Mahmudov "Musavat TV"nin efirində qeyd edib.
Onun sözlərinə görə, əsas məqsəd yolu bağlamaq deyil, cəmiyyət getdiyi yerdə epidemioloji qaydalara riayət etmək mədəniyyəti göstərərsə, ölkədə heç bir yeri bağlamağa ehtiyac olmaz:
"Ramazan ayında hamının özünə vəzifə borcu kimi qəbul etdiyi bir çox xüsusiyyətlər var. Bayramda birlikdə olmaq, ünsiyyətin daha çox olması kimi. Novruz bayramında biz 700-800 rəqəmlərini görürdüksə, bu gün 2 min-3 min rəqəmlərini görürük.Türkiyədə artıq gündəlik yoluxma 40 minə çatır. Burada məqsəd kiminsə bayramını əlindən almaq və ya əngəl törətmək deyil. Hər bir dövlət məsuliyyət daşıyır ki, ola biləcək təhlükələrə qarşı cəmiyyətini qoruya bilsin.
Rəqəmlərin bu şəkildə artdığı müddətdə yenidən təhsildə atıldığı kimi başqa preventiv tədbirlərinin atılması məcburiyyəti yarana bilər. Çünki istənilən kütləvi yer, istər restoran, istərsə də məscidlərdə yaxın təmas olduğu müddətdə təhlükə yarada bilir. Bunu nəzərə alan hökumətlər də ola biləcək təhlükələr qarşısında iqtisadi və digər zərərlərə rəğmən önləm almaq məcburiyyəti daşıyır. Lakin karantin rejiminin sərtləşdirilib və yumşaldılması barədə seçim olarsa, mən yumşaldılmanın tətəfdarıyam".

DİGƏR XƏBƏRLƏR

Top