Son 2 ayda Əhmədzadənin rəhbərlik etdiyi qurumdan 33 milyonluq tender udan iş adamı kimdir? – DOSYE


"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu gün -12.03.2021-ci il tarixində dərc olunan məlumatda 4 lot üzrə keçirilən tender müsabiqəsinin qalib “Sevinc-96” MMC  (VÖEN- 2100010871) olub.
“Sevinc-96” MMC Neftçala Suvarma Sistemləri İdarəsinə 871 min manatlıq xidmət və məhsullar təqdim edəcək. Bundan başqa dünən açıqlanan məlumatda “Sevinc-96” MMC-nin Salyan Suvarma Sistemləri İdarəsinə də 116 min manatlıq xidmət və məhsullar təqdim etdiyi qeyd olunub. Ümumilikdə isə bu ilin əvvəlində ötən 2 aylıq dövr ərzində  “Sevinc-96” MMC  “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan ayrı-ayrı idarələrə 33 milyon manatlıq xidmət və məhsul satıb.
“Sevinc-96” MMC 31.07.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev, ev 45, m. 1-də yerləşən MMC-nin nizamnamı kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Haxıyev Yusif Camal oğludur.
Maraqlı məqamlardan biri odur ki, 20 manat nizamanamı kapitalı olmasına baxmayaraq cəmi 2 ay ərzində “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi 33 milyon manatlıq onlarla tender müsabiqəsinin qalibi olan “Sevinc-96” MMC-nin veb-səhifəsi belə mövcud deyil.
Onu da bildirək ki, mətbuatda “Sevinc-96” MMC-nin əsl sahibinin Salyanda Hacı Qurban olaraq tanınan iş adamı  Abasov Qurban İsmayıl oğlu olduğu barədə dəfələrlə məlumat yayılıb. Qeyd edək ki, Abasov Qurban İsmayıl oğlu “Sevinc-96” MMC ilə eyni ildə - 1996-cı ildə dövlət qeydiyyatına alınan “İlkin-N”  MMC-nin qanuni təmsilçisidir. 2013-cü ildə mətbuata verdiyi açıqlmada “Sevinc-96” MMC-nin qanuni təmsilçisi Yusif Haxıyev da “İlkin-N” MMC-nin tikinti üzrə sahə rəisi olduğunu bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top