Avtobusdan istifadə edən sərnişinlər - Bu xəbəri mütləq oxuyun!

Bakı Nəqliyyat Agentliyi 37 saylı marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edib. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "Yeniavaz.com"a verilən məlumata görə,16 yanvar 2017-cı il tarixindən Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacağından, həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib. Belə ki, təmirdən əvvəl Nərman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top