Salyanda avtomobilin vurduğu 65 yaşlı qadın xəstəxanada ölüb. Ötən gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Salyan rayon sakini, 1946-cı il təvəllüdlü Fəxrəddin Əsgərov idarə etdiyi VAZ 2107 markalı avtomobillə yolu keçən 1952-ci il təvəllüdlü Ağamalıyeva Asiya İbrahim qızını vurub. Ağır bədən xəsarətləri alan qadın sürücü tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralı aldığı bədən xəsarətlərindən səhər saatlarında xəstəxanada ölüb. Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır.APA