Azərbaycan Prezidenti İlham Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında 2016-cı il 12 iyul tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanının 5-ci hissəsində “və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “və hava nəqliyyatında” sözləri “, hava və su nəqliyyatında” sözləri ilə əvəz edilib.
“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” üzrə 1.1-ci bənddə “hava” sözündən sonra “və su” sözləri, 1.3.6-cı yarımbənddə “lisenziya” sözündən sonra “və ya icazə” sözləri əlavə edilib.
Qeyd edək ki, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan ərazisindən hava nəqliyyatı vasitəsilə aparılarkən geri qaytarılması qaydasını tənzimləyir.