Polis idarəsində özünü 3-cü mərtəbədən atan qadınla bağlı DİN-dən AÇIQLAMA

Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qaldığını bildirib. Etmədiyi cinayəti boynuna qoymaq üçün döyüldüyünü bildirən qadın polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü idarənin 3 mərtəbəsindən atdığını qeyd edib. Hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən Y. Əliyevanın vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı Meydan TV-yə bildirib ki, DİN-in ötən il dekabrın 31-də yaydığı məlumatlardan birində Yaqut Əliyevanın adı keçir.

Məlumatda qeyd edilirdi ki, 2013-cü il mayın 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın qətlini törədənlər tutulub. Lənkəran şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq, oradan 9100 manat pul, qızıl əşyalar aparmaları müəyyən edilib.

“Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar. Yaqut Əliyeva özünün hansı əməl törətdiyini bilirdi. Ona görə həbs olunan günün səhəri Polis İdarəsində ayaqyoluna gedən zaman özünü 3-cü mərtəbədən atıb. Görünür, o, cinayət törətdiyini yəqinləşdiyini bildiyindən belə addım atıb. Ona qarşı heç bir işgəncə olmayıb, deyilənlər də yalandır” - Ehsan Zahidov vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top